Salam xanımlar və cənablar.


İngilis dilində mükəmməl danışmağı öyrənmək həyatını dəyişmək üçün atdığın ən yaxşı addım ola bilər. Bu həqiqətdir. Səncə, başqalarının əldə edə bilmədiyi məlumatları əldə etmək bacarığına malik olmaq üstün bir cəhət deyilmi? Bəs başqalarının ünsiyyət qura bilmədiyi maraqlı insanlarla yazışmaq və danışmaq imkanı əldə etmək necə? Yaxud, hər dəfə danışdığın zaman ətrafdakılarda qibtə hissi oyatmaq? Eləcə də, digərlərini kilometrlərlə arxada qoyaraq öz karyeranda böyük irəliləyişlər etmək?

Bütün bunları ingilis dilndə yaxşı danışmaq bacarığını qazanmaqla əldə etmək olar.

Bilik əldə etmək imkanı qazan

Sən nə ilə maraqlanırsan? Elm? Musiqi? Kompyuter? Səhiyyə? Biznes? İdman? Bugünün kütləvi informasiya vasitələri – İnternet, televiziya, mətbuat bizlərə maraqlandığımız mövzularda, demək olar ki, məhdudiyyətsiz məlumat əldə etmək imkanı yaradır. Ən azından, biz informasiya əsrində yaşayırıq, elə deyilmi?

Burada yeganə bir problem var. Bütün bu məlumatların çoxu ingilis dilindədir.

Aşağıdakı nümunələrdən görünür ki, göstərilən məlumatlardan siz yalnız ingilis dilini bildiyiniz halda istifadə edə bilərsiniz.

·İnternetdəki bir çox səhifələr– Burada milyardlarla səhifə məlumat var! Heyrətamiz bir faktdır ki, yalnız bir dili öyrənmək İnternetdəki bütün məlumatları əldə etmək imkanı yaradır.

·Bütün dünyadan müxtəlif mövzulu kitablar.Britaniya, yaxud Amerikalı müəlliflərin, eləcə də, müxtəlif dillərdən tərcümə olunmuş kitabları oxuya bilərsiniz. Maraqlandığın hər bir şey haqqında ingiliscə oxuya bilərsiniz.

·Mətbuat.Yalnız ingilis dilində olan qəzet və jurnallar dünyanın hər bir nöqtəsində əldə oluna bilər. Məsələn: "Time”, "Newsweek,” yaxud "İnternational Herald Tribune” qəzetini əldə etmək heç də çətin deyil.

·Elm.İngilis dili elm dünyasının açarıdır. 1997-ci ildə SCİ-dakı məqalələrin 95%-i ingilis dilində yazılmışdı. Onlardan yalnış 50%-i ABŞ və Böyük Britaniya kimi ingilis dilində danışan ölkələrdən göndərilmişdi.

·Xəbərlər.CNN İnternational və NBC kimi beynəlxalq televiziya kanallarını izləmək imkanı. Onlar digər yerli kanallara nisbətən xəbərləri daha sürətli və daha peşəkar çatdırırlar. Hətta, sən bu kanalları dünyanın hər yerində izləyə bilərsən.

İnsanlarla ünsiyyət yarat.

Biz ingilis dilini "ünsiyyət dili” adlandırırıq. Niyə? Çünki, belə görünür ki, dünyadakı bütün insanlar bir-birilə ünsiyyət qurmaq üçün ingilis dilində danışmağa əvvəlcədən razılaşıblar.

·Dünyada 1.500.000.000 insan ingiliscə danışır. Digər 1.000.000.000 insan bu dili öyrənir.

·Dünyadakı məktub və açıqcaların 75%-i ingilis dilində yazılır.

·Demək olar ki, bütün beynəlxalq görüşlər və yarışlar ingilis dilində keçirilir. Məsələn: Olimpiya oyunları və Dünya Gözəli yarışması

·Müxtəlif ölkələrin diplomat və siyasətçiləri bir-birilə ünsiyyət qurmaq üçün ingilis dilindən istifadə edir. İngilis dili BMT, NATO və AATA kimi təşkilatlarin başlıca ünsiyyət dilidir.

Əgər sən ingilis dilində ünsiyyət qurmağı bacarırsansa, deməli sən:

·Bütün dünyadakı insanlarla əlaqə yarada bilərsən. Öz fikir və ideyaların barədə İnternetdəki müəyyən qruplar daxilində müzakirələr apara bilərsən. Maraqlı insanlara e-mail göndərə bilərsən. Onların həyat və mədəniyyəti barədə məlumat əldə edə bilərsən.

·Daha asan səyahət edə bilərsən. Hara getsən belə, insanlarla ünsiyyət qura bilərsən – 100-dən artıq ölkədə ingilis dili ünsiyyət dilidir. Gedəcəyin istiqaməti soruşa bilərsən, ünsiyyət qurarsan, hətta kömək istəyə bilərsən. Kim bilir, bəlkə də, nə vaxtsa ingilis dili sənin həyatını xilas edəcək.

Karyeranda irəliyə doğru addımla

Əgər biznes, texnologiya, yaxud elm sahəsində yeni və daha yaxşı bir iş əldə etmək istəyirsənsə, oturduğun yerdən qalx və ingilis dilini öyrənməyə başla! (Əgər yaxşı bir işə artıq sahibsənsə, ingilis dilini onu itirmədən öncə öyrən!

İngilis dilini bilmək sənə imkan yaradır ki:

·"İngilis dilində mükəmməl danışmaq bacarığı” sözlərini öz CV-nə əlavə edəsən. Arzuladığın işi əldə et və daha çox pul qazan.

·Texniki sahədə savadlana bilərsən. İngilis dili texnologiyanın, xüsusilə də, kompyuter elmi, genetika, təbabət kimi yüksək texnologiya dilidir. Əgər sən texnologiya haqqında oxumaq istəyirsənsə, bunu məhz ingilis dilinin köməyi ilə həyata keçirməyə məcbur olacaqsan.

·Kompyuter elmini öyrən. Texniki məqalələri heç bir çətinlik olmadan oxuya bilərsən.

·Dünya səviyyəli biznesmen (yaxud biznesledi) ola bilərsən. Bu çox sadədir. Beynəlxalq biznes ingiliscə reallaşır. Hal-hazırki dövrdə biznes bütünlükdə beynəlxalq xarakter daşıyır. Deməli, sən digər iş adamları ilə ünsiyyət qurmaq, konfranslarda iştirak etmək, beynəlxalq biznes qəzet və jurnallarını oxumaq üçün ingilis dilini bilməlisən, və s.

·Daha yaxşı elm xadimi ola bilərsən. Digər ölkələrdəki alimlərlə əlaqə yarada, beynəlxalq konfranslarda iştirak edə, xarici ölkələrdəki akademiya mərkəzlərinə baş çəkə bilərsən.

·Öz kompyuterindən daha səmərəli istifadə edə bilərsən. Bir çox kompyuter təlimatları məhz ingilis dilindədir. Beləliklə, sən bu göstəriciləri daha yaxşı anlaya və daha yaxşı bir mütəxəssisə çevrilə bilərsən.

·Öz işin naminə yeni bacarıqlar əldə edə bilərsən. "Bilik əldə etmək imkanı qazan” bölməsi bu işdə ingilis dilinin sənə necə kömək edə biləcəyini izah edir.

Əvvəl olmadığı kimi incəsənətdən həzz ala bilərsən

Dünya mədəniyyətini hiss etmək üçün ingilis dili sənə digər dillərin yarada bilmədiyi imkanları verir. İngilis dilini bilməklə sən aşağıda göstərilənləri həyata keçirə bilərsən:

·Amerika və Britaniya filmlərini originalda izləmək. Hətta, bir dəfə sən buna cəhd etsən, bir daha dublyaj olunmuş filmlərə baxmayacaqsan.

·Möhtəşəm kitablar oxumaq. Hər bir məşhur kitab ya ingilis dilində yazılıb, ya da bu dilə tərcümə olunub. Külli miqdarda nümunə göstərmək olar – klassik "Hamlet” dramından başlayaraq müasir "Yura dövrü parkı” filminə qədər.

·İngilis dilində olan musiqidən daha çox həzz al. İnan ki, sözləri anladığın zaman musiqi insana daha çox zövq verir.

Məmnunluq hissi duy

İngilis dili yalnız ünsiyyət dili deyil, o, eyni zamanda sənə çoxlu həzz verir.

·İnkişaf edərək özünü daha bacarıqlı hiss edə bilərsən. Biz Amerikalı ilə danışa bilmək bacarığımız və yaxud ingiliscə TV –yə baxmaq imkanımızı kəşf etdiyimiz anı heç vaxt unutmayacağıq.

·Əgər sərf etdiyin hər saatın səni mükəmməlliyə doğru apardığını hər an xatırlasan, ingilis dilini öyrənməkdən həzz alacaqsan.

·İngilis dilini öyrənmək maraqlıdır, çünki dediyin və yazdığın hər cümlə sənə öz müvəffəqiyyətini xatırladır.

İngilis dili səni daha güclü və xoşbəxt bir şəxsə çevirə bilər. İngilis dilini

bilməyin səndə yaratdığı möhtəşəm hissləri doğuran bir neçə nümunəni

təsəvvür etmək heç də çətin deyil.

Ümid edirəm ki, mənim köməyimlə ingilis dilini öyrənməkdə qazandığın müvəffəqiyyət sənə tezliklə məmnunluq hissi gətirəcək. Azərbaycan, Türkiyə, İran və Yaponiyada yaşayan bir çox insanlar RAMİNEMin təlimatlarına əməl etmiş və özlərinin "İngilis dilində danışmaq bacarıqlarının” necə sürətlə inkişaf etdiyinin şahidi olmuşlar.


by: RAMINEM Teacher


RAMINEM Teacher = 5 Star VIP teacher >> link